Tramp ilk dəfə maska taxdı


Dünya 12 İyl 2020 11:07:00 175 0

Tramp ilk dəfə maska taxdı

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.

Son.az APA-ya istinadən bildirir ki, amerikalı dövlət başçısı Vaşinqtonun kənarında yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu "Walter Reed" xəstəxanasına baş çəkib.

Tramp tünd mavi rəngli maskadan istifadə edib. Maskanın yan tərəfində qızılı rəngdə prezident möhürü olub.

"Düşünürəm ki, maska ​​taxmaq əladır. Mən heç vaxt maskalara qarşı olmamışam. Ancaq hər şeyin vaxtı və yeri var", - Tramp jurnalistlərlə söhbətində bildirib.