Gözdə teztez yaranan itdirsəyi nəyin əlamətdir?


Digərləri 11 İyl 2020 23:10:00 193 0

Gözdə teztez yaranan itdirsəyi nəyin əlamətdir?

İnsanların böyük bir qismində ömründə bir dəfə də olsa gözdə itdirsəyi deyilən problem yaranır. Bəzilərində bu, mütəmadi olaraq ortaya çıxır. Bəs itdirsəyi nədir? Ən çoxr kimlərdə yaranır? Tez-tez yaranması nədən xəbər verir? İtdirsəyi yarananda nə etmək lazımdır?

Son.az e-tibb.az-a istinadən oftalmoloq, uzman həkim Fariz Sadıqovun fikirlərini təqdim edir:

İtdirsəyi - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq" əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır. Bu zaman xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər də yarana bilər. Bu halda mütləq həkim-oftalmoloqa müraciət etmək lazımdır.

İtdirsəyinin müalicəsi antibiotiklərin köməyilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldikdə mütləq həkim-immunoloqa müraciət etmək lazımdır.

Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliyant yaşılı ("zelyonka"), yod və ya spirt vurmaq olar. Diqqətli olun ki, antiseptik gözə düşməsin!

İrin əmələ qəldiqdə göz nahiyyəsinə isti bir şeyin (qrelka, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik) qoyulması yaxşı effekt verir. Dərman məhlulu ilə isladılmış pampıq və ya tənzif qoyulması məslət görülmür! Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz! Bu halda infeksiya gözə yayıla bilər!

İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20%-li sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur. Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.