Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib


Digərləri 11 İyl 2020 14:29:00 126 0

Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib

Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı baş infeksionist Vladimir Nikiforov Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Hədəf" verilişində deyib.

O, məsləhət xidməti, eləcə də koronavirus infeksiyası iə mübarizədə təcrübə mübadiləsi ilə bağlı Rusiyaya, xüsusən də Federal Tibbi-Bioloji Agentliyə müraciət etdikləri üçün Azərbaycan rəhbərliyinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

V.Nikiforov qeyd edib ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkədir:

"Nəzərə alsaq ki, sizdə də koronavirusa yoluxma sayı yüksəkdir, bu gün həmin infeksiyanın müalicəsi ilə bağlı müəyyən təcrübə yaranıb. Ona görə də biz buraya azərbaycanlı həkimlərin təcrübəsi ilə tanış olmağa gəlmişik ki, xəstələrin müalicəsinə vahid yanaşmanı uyğunlaşdıraq. Azərbaycanda olduğumuz qısa müddət ərzində biz Bakıda 3 iri xəstəxananı ziyarət etdik və həmkarlarımızın xəstələrin müalicəsinə yanaşması ilə tanış olduq. Böyük məmnunluqla bildirirəm ki, azərbaycanlı həkimlər bir çox sahələrdə, təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib".