"Koronavirusa yoluxduğunu birbirindən gizlədən ərarvad üzbəüz palatada yatdıqlarını bilmirlər"


Digərləri 11 İyl 2020 13:40:00 164 0

"Koronavirusa yoluxduğunu birbirindən gizlədən ərarvad üzbəüz palatada yatdıqlarını bilmirlər"

"Martın 24-dən, Mərkəzi Neftçilər Xəstəxanası COVİD-19 xəstələri üçün ayrılandan 12 saatlıq iş rejimində aktiv şəkildə çalışırıq. Xəstə yükündən asılı olaraq, 15-16, bəzən isə 24 saata qədər xəstəxanada qalırıq".

Bunu Son.az-a müsahibəsində həkim-infeksionist Natiq Əliyev deyib:

Yoluxmanın birdən-birə artmasını nə ilə əlaqələndirərdiniz?

- Yoluxmanın birdən-birə artmasına əhalinin deyilən fərdi izolyasiya qaydalarına əməl etməməsi, "Koronavirus boş şeydir" təfəkküründə olmaları, insanların məsuliyyətsizliyi səbəb oldu. Əvvəl hər kəs sosial şəbəkələrdə bizi qınayırdı ki, "Bir nəfər də olsa bizə göstərin ki, kimsə yoluxub". Artıq hər kəsin evindən kimsə, yaxud tanışı yoluxub və artıq biz hər kəsi səsləyirik ki, evində insan ölümü olmadan deyilənlərə əməl etmək və həkimlərə kömək olmaq lazımdır. Çünki artıq gedişat ona doğru gedir.

Bu halda sərt karantin rejiminin uzadılması real görsənirmi?

- Karantin rejiminin uzadılması, sərtləşdirilməsi də birbaşa ona xidmət edirdi ki, artıq hər bir evdə yoluxma sayı göründüyü üçün ölüm sayının azaldılması məqsədi daşıyır. Belə davam edərsə epidemioloji durum daha da ağırlşacaq, hətta daha sərt karantin rejimi ilə, daha sərt qaydalarla qarşılaşa bilərik. İnsanların sağlığı naminə bu hallar qaçılmazdır.

Son günlər həkim kolleqalarınız arasında yoluxanlara və korornavirusdan dünyasını dəyişənlərə daha çox rast gəlməyə başlamışıq. Tibb işçiləri arasında bu cür halların artması vəziyyətdən çıxmaqda bizə mane ola bilərmi?