Məşhur müğənni qardaşının ölümündən danışıb kövrəldi


Digərləri 11 İyl 2020 13:31:00 188 0

Məşhur müğənni qardaşının ölümündən danışıb kövrəldi

Türkiyəli məşhur müğənni Gülben Ergen müsahibəsi zamanı mərhum qardaşından söz açıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, müğənni qardaşının ölümündən danışarkən kövrək anlar yaşayıb.

"Valideynlərim boşandıqları üçün mən anamla yaşayırdım. Atam qardaşımın ölümünü anama anidən, sərt formada dedi. Qardaşımın ölümü mənim üçün çox dəhşətli yaradır. Onunla bağlı danışarkən heç vaxt göz yaşlarımı saxlaya bilmirəm. Onun evdə olmasını, uşaqlarımın dayılarını tanımasını o qədər çox istəyirdim ki. Məni tək qoyub getməsi ilə barışa bilmirəm"-deyə, o qeyd edib.