Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu


Dünya 11 İyl 2020 13:25:00 129 0

Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu

Rusiyada koronavirusa yoluxanların sayı 720 min nəfəri keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 6 611 nəfər virusa yoluxub, 188 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 720 547 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 11 205 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 497 446 nəfər virusdan sağalıb, 211 896 nəfərin müalicəsi isə davam edir.