Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb


Digərləri 11 İyl 2020 09:09:00 146 0

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin aylıq məbləqləri iki ayda (May-İyun) 4,2 faiz və ya 1 iyul 2020-ci il tarixinə 1,48 milyard manat təşkil edərək 40 milyon manat artıb.

Son.az xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 868 ədəd artaraq 28 335-ə çatıb.

Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 91.34 milyon manat təşkil edib.

Bildirək ki, hazırda Fondun 800 644 000 manatlıq istiqrazı dövriyyədədir.