ABŞda son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb


Dünya 11 İyl 2020 08:42:00 130 0

ABŞda son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı son sutkada rekord həddə çataraq 63.2 min nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 170 000 nəfəri keçib. Koronavirusa yoluxanlardan 133 969 nəfəri vəfat edib.