Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb


Digərləri 11 İyl 2020 08:48:00 168 0

Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb

Subbakalavrların ali məktəblərə elektron ərizə qəbulunun müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən xəbərə görə, iyunun 1-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu iyulun 10-u başa çatmalı idi, ancaq ərizə qəbulu iyulun 14-ü saat 23:59-dək uzadılıb. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, elektron ərizələr verən subbakalavrların sayı 18527-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 17019-dur.