Keniyada hava şarlarının köməyilə “4G” internet əlçatan olub


Digərləri 11 İyl 2020 08:21:00 155 0

Keniyada hava şarlarının köməyilə “4G” internet əlçatan olub

"Loon" şirkəti Keniyada hava şarlarının köməyilə paylanan yüksəksürətli internet əlçatan olub. 35 mindən çox müştəri bu internetdən istifadə edə bilər.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Loon" şirkəti "Telkom Kenya" yerli operatorla əməkdaşlıq çərçivəsində hava şarlarının köməyi ilə "4G" internet istifadəyə verib. 50 min kv.km-də yaşayan 35 mindən çox müştəriyə xidmət göstəriləcək. İnternetin sürəti səsli və videozənglər, veb səhifələrə baxış, elektron poçt, "WhatsApp" və "YouTube"a giriş üçün kifayət edir.

"Loon" şirkəti hava şarlarının sayını 35 minədək artırmağı planlaşdırır. Bir qurğu eyni vaxtda istifadəçilərə xidmət göstərə bilər və interneti başqa hava şarlarına ötürmək üçün şəbəkədə əlaqə rolunu həyata keçirə bilər.