Kaliforniyada 10 minə yaxın məhkum azad ediləcək


Dünya 11 İyl 2020 07:45:00 117 0

Kaliforniyada 10 minə yaxın məhkum azad ediləcək

Kaliforniya hakimiyyəti yeni növ koronavirus pandemiyası ilə əlaqədar təqribən 10 minə yaxın məhkumu vaxtından əvvəl azad etmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə islah məntəqə və mərkəzlərinin işlərini kurasiya edən ştat idarəsi xəbər yayıb.

Bildirilir ki, bu qərar ağır cinayətlər törədənlərə və martın 1-dən iyulun 5-nə qədərə davam edən iğtişaşlara görə həbs edilənlərə şamil olunmayacaq.

İdarənin hesabatına görə bu kriteriyalara 108 min məhbus uyğun gəlir. Lakin vaxtından əvvəl yalnız onlardan 10 mini buraxılacaq.