Yeni “LG” səs paneli “GX Gallery” televizorları üçün yaradılıb


Digərləri 11 İyl 2020 07:31:00 126 0

Yeni “LG” səs paneli “GX Gallery” televizorları üçün yaradılıb

"LG Electronics" (LG) şirkəti "GX Soundbar" adlı yeni səs panelini təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, qurğu bir ay əvvəl rəsmən nümayiş etdirilən "LG GX Gallery" televizorları ilə birlikdə istifadə üçün nəzərdə tutulub. Xatırladaq ki, televizorlar üzvi işıq diodlarının tətbiqini nəzərdə tutan "OLED" texnologiyası əsasında yaradılıb. Seriyaya 55, 65 və 77 düym diaqonallı modellər daxildir.

Ölçüsü 15 × 144,6 × 3,25 sm təşkil edən "GX Soundbar" səs paneli eninə görə "LG GX Gallery" televizorunun 65 düymlük versiyasına tam uyğundur. Bundan başqa, yeni qurğu qeyd edilən seriyalı smart televizorlar üslubunda yaradılıb.

"LG GX Soundbar" paneli "Dolby Atmos" və "DTX:S" texnologiyaları sayəsində yüksəkkeyfiyyətli səsi təmin edir. Dəstə simsiz qoşulmaya malik sabvufer (səs paneli) daxildir.

"AI Sound Pro" adaptiv "ağıllı" səs alqoritmi kontenti avtomatik analiz edərək sistemin quraşdırmalarını optimallaşdırır. Bunun sayəsində dinləyici həm adi danışıq dialoqlarında, həm də zəngin səs səhnələrində hər detalı seçə biləcək.

Digər xüsusiyyətlər arasında audiosiqnalı səs panelinə müxtəlif qurğular - smartfon və planşetlər vasitəsilə translyasiya etməyə imkan verən "Bluetooth" dəstəyi qeyd olunur.

"LG GX Soundbar" panelinin iyulda Avropa, Şimali Amerika və Asiya bazarlarında satışlarına başlamaq nəzərdə tutulur.