Rusiya Səhiyyə naziri koronavirusun hansı orqanlara ən çox təsir etdiyini açıqladı


Digərləri 10 İyl 2020 23:28:00 160 0

Rusiya Səhiyyə naziri koronavirusun hansı orqanlara ən çox təsir etdiyini açıqladı

Rusiya Səhiyyə naziri Mixail Muraşko "Rusiya-1" kanalında yayımlanan "Vesti" proqramında koronavirusun ən çox ürək və ağciyərlərin işinə təsir etdiyini deyib.

Son.az xəbər verir ki, nazir ürək xəstələrinin xüsusilə müalicəyə ehtiyacı olduğunu xatırladıb. O qeyd edib ki, ağciyərlər ən həssas orqana çevrilib:

"Tibb mütəxəssisinin köməyini tələb edən ikinci əhəmiyyətli problem ürək xəstəlikləridir".

Nazir əlavə edib ki, COVID-19 ağciyərlərin iş qabiliyyətini və həyati imkanlarını bərpa etməyə imkan vermir. Onun sözlərinə görə, xəstələr bədən enerjisinin tükənməsi səbəbindən dərhal ağır fiziki məşqlərə başlamamalıdır.