Çin 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb


Dünya 10 İyl 2020 22:41:00 167 0

Çin 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb

Çin hökuməti 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, buna həmin məhsullarda koronavirusun aşkar edilməsi səbəb olub.

Bu müəssisələr arasında Braziliya, Böyük Britaniya, Almaniya və ABŞ-dan müəssisələri yer alıb.

Qeyd olunur ki, 23 müəssisədən 10-u ixracı Çinin xahişi ilə dayandırıb.