Bu şəhərdə koronavirusa yoluxma qeydə alındı


Dünya 10 İyl 2020 20:20:00 149 0

Bu şəhərdə koronavirusa yoluxma qeydə alındı

Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində yeni tip koronavirus pandemiyasının başladığı 9 yanvardan bəri ilk dəfə yoluxma qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə Suriya Müvəqqəti Hökumətinin Səhiyyə naziri Məram Şeyx açıqlama yayıb.

Nazir bildirib ki, infeksiyaya yoluxan şəxs Bab Əl-Hava Xəstəxanasının həkimidir. O, sürətli şəkildə izolyasiya edilib. Xəstəxanaya giriş-çıxış bağlanıb. Ümumilikdə xəstəxana karantinə alınıb. (publika.az)