Asiya qitəsində yeni epidemiya başladı


Dünya 10 İyl 2020 19:43:00 149 0

Asiya qitəsində yeni epidemiya başladı

Sinqapurda danq qızdırmasına yoluxanların sayı kəskin şəkildə artıb.

Son.az xəbər verir ki, ilin əvvəlindən bəri xəstəlik daşıyıcılarının sayı 16 min 157 nəfərə çatıb.

Ölkənin Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, artıq yoluxma sayları gündəlik olaraq 100-dən çoxdur. Ehtimal olunur ki, bu gedişlə ilin sonunadək yoluxma sayı 22 mini keçəcək.

Qeyd edək ki, Sinqapurda danq qızdırması epidemiyası son dəfə 2013-cü ildə yayılmış və 22 min 170 nəfər infeksiyaya yoluxmuşdu.

Məlumat üçün bildirək ki, danq qızdırması ağcaqanadlarla təmas nəticəsində keçir.