Onun sərvəti 180 milyard dolları keçdi


Digərləri 10 İyl 2020 19:13:00 157 0

Onun sərvəti 180 milyard dolları keçdi

Dünyanın ən varlı adamı Ceff Bezosun sərvəti "Amazon" şirkətinin səhmlərinin bahalaşması fonunda rekord səviyyəyə qalxaraq 180 milyard dollara çatıb.

Son.az bildirir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən gün günorta saatlarından sonra "Amazon"un kapitallaşması 1,52 trilyon dollara çatıb. Beləliklə, Bezosun sərvəti 181,5 milyard dolları keçib.

Nyu-York birjasında ticarət əməliyyatları yekunlaşanda "Amazon"un bir səhminin qiyməti 3,081,11 dollar təşkil edib, gün ərzində 2,7 faiz artıb. (publika.az)