“Şənbəbazar polis postlarının sayı daha da artacaq”


Digərləri 10 İyl 2020 15:55:00 154 0

“Şənbəbazar polis postlarının sayı daha da artacaq”

Xəbər verdiyimiz kimi, paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında reportaj yayımlanıb. 

Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, bu cür postlar şənbə və bazar günləri daha çox olacaq: "Sürücülər şəhərin istənilən küçələrində bu cür mobil postları görəcəklər. Məqsədimiz icazə sistemində olan şəxsləri müəyyənləşdirməkdir. Həftəsonları qeyri-iş günləri olduğu üçün biz sürücülərin hərəkətdə olmamasını məsləhət görürük. Şəhər daxilində, o cümlədən şəhərdən kənara çıxma hallarının qarşısı polis tərəfindən alınacaq. Ona görə də həftəsonları üçün xüsusi istirahət proqramı hazırlamamağı vətəndaşlara məsləhət görürük".