Cennifer Lopezin milyonluq MALİKANƏSİ FOTO


Digərləri 10 İyl 2020 12:50:00 155 0

Cennifer Lopezin milyonluq MALİKANƏSİ  FOTO

Dünyaca məşhur müğənni Cenifer Lopez nişanlısı ilə birlikdə yeni malikanə satın alıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, müğənni nişanlısı Alex Rodriguezlə birlikdə Kaliforniyanın Encino səmtində yeni malikanə satın alıb. Xarici medianın verdiyi xəbərə görə, müğənni 3 yataq otağı olan malikanəyə 1 milyon 370 min dollar dəyərində pul ödəyib.

Belə ki, yenidən dizayn edilən malikanə cütlüyün digər evlərindən balaca hesab edilir. Lopezin 2 min 202 kvadratmetrlik malikanəni qohumu üçün və ya sərmayə məqsədli aldığı deyilir.