Bu dəfə cırıq geyimi ilə tənqid edildi Fotolar


Şou-biznes 10 İyl 2020 11:39:00 186 0

Bu dəfə cırıq geyimi ilə tənqid edildi  Fotolar

Əməkdar artist Elza Seyidcahan yenə də fərqli görünüşdə obyektiv qarşısına keçib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni bu dəfə cırıq taytdan istifadə edib. Başına isə qara "kapron" keçirib.

Seyidcahan şəkillərinin bir qismini İnstaqram-da yayımlayıb. İzləyiciləri isə onu tənqid atəşinə tutublar.

Elzanın ünvanına "Axı nənəsən, bu nə şalvardır", "Şalvarını başa düşdük, it parçalayıb, bəs başına keçirdiyin soğan torbası nədir?", "Yaşına yaraşdırmadım" kimi rəylər yazıblar.