Oğurluq üstündə tutulan şəxs həyatının ŞOKUNU YAŞADI: təxliyəsini xəbər vermədilər və...


Digərləri 10 İyl 2020 07:28:00 191 0

Oğurluq üstündə tutulan şəxs həyatının ŞOKUNU YAŞADI: təxliyəsini xəbər vermədilər və...

Samoada yaşayan Sio Afagili adlı şəxsin başına iş gəlib.

Son.az xəbər verir ki, 45 yaşlı şəxs 5 il boş yerə həbsxanada yatıb.

Belə ki, o, 2008-ci ildə oğurluq üstündə tutulub və haqqında 7 il həbs qərarı çıxarılıb. 2 il sonra başqa bir oğurluq məsələsində də günahkar hesab edilib və daha 5 il həbs cəzasına məhkum olunub.

Samoa qanunlarına görə, Sio bu iki cəzasını eyni zamanda çəkməli və 2015-ci ildə təxliyə olunmalı idi.

Lakin o, başqa bir məsələ üçün məhkəməyə müraciət edərkən öyrənib ki, 5 il artıq cəza çəkib.