Audi S3 modelləri yaxın həftələrdə debüt edəcəklər FOTO


Digərləri 09 İyl 2020 23:01:00 165 0

Audi S3 modelləri yaxın həftələrdə debüt edəcəklər  FOTO

Fevral ayında casuslar yüngül kamuflyaja malik olan Audi S3 hetçbekini çəkməyə müvəffəq olmuşdular. Bununla belə, A3 model xəttində sedan kuzovlu S3 modeli də olacaqdır. Bu günlərdə, hetçbek ilə birlikdə "qaynar" sedan da kamuflyaj örtüyü olmadan casusların obyektivlərinə rast gəlib.

Hər iki avtomobilin S-modellərinə aid olduğunu bildirən elementlərə misal olaraq, hava girişlərini təqlid edən işləmələr quraşdırılmış bamperləri olan aqressiv kuzov dəstini, radiator barmaqlığı ilə kapotun arasındakı boşluğu, arxa diffuzoru və buraxılış sisteminin dörd çıxış borusunu göstərmək olar. Bundan başqa, sedanın baqaj qapağındakı kiçik spoyler də diqqəti cəlb edir.

Son.az autograph.az-a istinadən bildirir ki, hər iki avtomobildə yan güzgülərin gövdələri kuzov rənginə boyanmışdır. Xatırladaq ki, S modellərində ənənəvi olaraq güzgülər gümüşü rəngli gövdəyə malik olurlar. Çox güman ki, şirkətin bu addımı atmaqda məqsədi prototiplərin ictimai yollarda çox diqqət çəkməməsi üçündür. Eyni səbəbdən, avtomobillər müvafiq emblemlərdən də məhrum ediliblər.

İstehsalçı yeni Audi S3 Sportback hetçbekinin texniki hissəsi barədə artıq məlumat verib. 2,0-litrlik dördsilindrli turbomühərrik əvvəlki kimi 310 at qüvvəsi və 410 Nm fırlanma anı təklif edir. Güc aqreqatı iki muftalı yeddi pilləli S tronic "robotu" ilə tandemdə çalışır. Ayrıca, yeni hetçbek, adaptiv magnetic ride amortizatorları istisna olmaqla sələfinin şassisini tam şəkildə miras alacaqdır. Çox güman ki, bənzər texniki hissəni sedan da əldə edəcəkdir.