Moskvada qoruyucu maska rejimi ləğv olunur


Dünya 09 İyl 2020 16:03:00 135 0

Moskvada qoruyucu maska rejimi ləğv olunur

Moskvada məcburi qoruyucu maska rejimi ləğv olunur.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

O, iyulun 13-dən etibarən Moskvada küçələrdə məcburi maska rejiminin ləğv olunacağını söyləyib.

Bununla yanaşı, Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb: "13 iyul 2020-ci il tarixindən küçələrdə vətəndaşlara maskadan, respirator və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Küçələrdə məcburi maska rejimi isə ləğv olunur".