Koronavirus xəstəsi xəstəxanadan qaçdı


Dünya 09 İyl 2020 16:45:00 154 0

Koronavirus xəstəsi xəstəxanadan qaçdı

Türkiyənin Qaziantep bölgəsində xəstəxanadan qaçan koronavirus xəstəsi təşvişə səbəb olub.

Son.az İHA-ya istinadən xəbər verir ki, hadisə Şahinbəy qəsəbəsində baş verib. 

COVİD-19 testi pozitiv çıxan yaşlı şəxs müalicə aldığı xəstəxanadan qaçıb. Hər yerdə səhiyyə işçiləri və polislər tərəfindən axtarılan xəstə, qızı tərəfindən tapılaraq polis bölməsinə aparılıb.

Xəstə polis idarəsinin önünə çağrılan xüsusi izolyasiya olunmuş geyimli həkimlər tərəfindən yenidən xəstəxanaya qaytarılıb.