Qətər səfirliyinin yaxınlığında partlayış törədildi


Dünya 08 İyl 2020 14:30:00 169 0

Qətər səfirliyinin yaxınlığında partlayış törədildi

Somalinin paytaxtı Moqadişoda Qətər səfirliyinin yaxınlığında partlayış törədilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayışın hədəfi hərb maşın karvanı olub.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Partlayışı "Əş-Şabab" terror təşkilatının törətdiyi ehtimal olunur.