Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı


Digərləri 08 İyl 2020 13:03:00 156 0

Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rəis bir neçə gündür xəstəxanada müalicə alır.

Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. 

Deputat oxu.az-a açıqlamasında məlumatı təsdiq edib:

"Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir".

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.