5 otaqlı ev yanıb


Digərləri 08 İyl 2020 08:49:00 171 0

5 otaqlı ev yanıb

Zaqatala rayonunun Çobankol kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 156 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.