Tvitlərə düzəliş funksiyası gəlir: Tvitterdən maraqlı


Digərləri 07 İyl 2020 23:40:00 181 0

Tvitlərə düzəliş funksiyası gəlir: Tvitterdən maraqlı

Tvitter çox uzun müddətdir gözlənilən funksiyanı aktivləşdirməyə hazırlaşır.

Son.az ted.az-a istinadən bildirir ki, platforma rəsmiləri paylaşılan tvitlərə düzəliş xüsusiyyətini əlavə etməyi planlaşdırırlar.

Açıqlamada bildirilir ki, bunun üçün istifadəçilər bir şərtə əməl etməlidirlər.

Belə ki, funksiyanın aktivləşdirilməsi üçün hamının tibbi maska taxmağı vacibdir.

Çünki ilin əvvəlindən bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Virusun yayılmasının qarşısının alınmasında isə əsas silah tibbi maskadan istifadədir.