Qızına 4,99 sterlinq dəyərində oyun aldı, əvəzində 4642 sterlinq ödəməli oldu və...


Digərləri 07 İyl 2020 23:45:00 194 0

Qızına 4,99 sterlinq dəyərində oyun aldı, əvəzində 4642 sterlinq ödəməli oldu və...

11 yaşlı qızı üçün 4,99 sterlinqə Roblox adlı mobil oyun satın alan Steve Cumming adlı ata ayın sonu gələn qaiməni görəndə gözlərinə inanmayıb.

Son.az ted.az-a istinadən bildirir ki, oyundaxili pulxərcləmə butonu olan Roblox-un ataya göndərdiyi qaimədə yazılan rəqəm düz 4642 sterlinq olub.

Pandemiya zamanı onlayn bankçılığa keçən S.Cumming texnologiyadan çox da yaxşı baş çıxarmadığını deyib. Ay sonu isə məxaric qəbzlərində 4642 sterlinq əlavə məbləğ olduğunu görən şəxs banka müraciət edib. Cavabında isə məbləğin Roblox adlı şirkətə 0,99-9,99 civarında yüz dəfələrlə ödəndiyi bildirilib.

Məsələni qızına danışan 72 yaşlı ata  onun son dərəcə kədərləndiyini, istənən pulun həqiqi deyil, oyundaxili valyuta olduğunu qeyd etdiyini deyib.

Maraqlı burasıdır ki, Roblox vəsaiti geri ödəməyi qəbul edib.