ABŞ iki hərbi təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə göndərir


Digərləri 07 İyl 2020 21:05:00 157 0

ABŞ iki hərbi təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə göndərir

ABŞ Hərbi Dəniz Qüvvələri "USS Nimitz" və "USS Ronald Reagan" adlı iki hərbi təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə göndərəcək.

Son.az ted.az-a istinadən bildirir ki,  təlim məqsədli səfərdə təyyarədaşıyan gəmiləri bir neçə hərbi gəmi də müşayiət edəcək.

ABŞ gəmilərinin bu səyahəti Çin Xalq Azadlıq Ordusunun Cənubi Çin dənizində mübahisəli hesab olunan sularda hərbi təlim keçməsi ilə eyni vaxta təsadüf edir.

Çin ordusunun mübahisəli hesab olunan Parasel adaları yaxınlığında iyulun 1-də başlayan beşgünlük təlimlər Vyetnam və Filippinin, eləcə də ABŞ-ın sərt reaksiyasına səbəb olub.

Belə ki, Çinin Vyetnam, Filippin, habelə özünü müstəqil dövlət hesab edən Çinin Tayvan adası arasında Parasel adaları üzərində suverenlik məsələsi ilə bağlı mübahisələri var.