Türkiyədə koronavirusdan ölüm sayı 5260a çatıb


Dünya 07 İyl 2020 20:38:00 148 0

Türkiyədə koronavirusdan ölüm sayı 5260a çatıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 50 545 şübhəli koronavirus testindən keçib, onlardan 1053-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2297 xəstə sağalıb.

Türkiyədə indiyədək 207 897 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5260 nəfər ölüb, 185 292 nəfər müalicə olunaraq evə buraxılıb.