İki dəfə xərçəngə tutulan türkiyəli sənətçidən xəbər var
Digərləri 07 İyl 2020 18:24:00 174 0
İkinci dəfə xərçəngə tutulan türkiyəli sənətçi Özkan Uğurdan xəbər var.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni-aktyor sosial şəbəkədə paylaşım edərək xəstəliyə qalib gəldiyini bildirib:
"İkinci dəfə qarşılaşdığım bu matçdan da qalib çıxdım. Dualarınız, xoş arzularınız üçün təşəkkür edirə. İnşallah, qısa zamanda bu koronavirus bəlasından da xilas olarıq. Tezliklə konsertlərimizdə görüşmək ümidi ilə. Sevgilərlə".
Qeyd edək ki, Özkan Uğur birinci dəfə 2013-cü ildə xərçəngə qalib gəlmişdi.
Mənbə: milli.az