Ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edildi


Digərləri 07 İyl 2020 17:16:00 185 0

Ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edildi

Nazirlər Kabineti "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərarla "Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" təsdiq edilib. Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşəntəhsil xərclərinin miqdarı" yeni redaksiyada verilib.