Cavad Zərif: “Ağ Evə kimin gəlməsindən asılı olmayaraq, İranın zərəri kompensasiya edilməlidir”


Dünya 07 İyl 2020 16:54:00 143 0

Cavad Zərif: “Ağ Evə kimin gəlməsindən asılı olmayaraq, İranın zərəri kompensasiya edilməlidir”

ABŞ-ın növbəti prezidentinin kim olmasından asılı olmayaraq, Vaşinqton sanksiyalarla İrana dəymiş zərəri kompensasiya etməlidir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"2021-ci ildə Ağ Evdə Tramp və ya başqası oturacaq. Orada kimin oturmasından asılı olmayaraq, ona əvvəlki hakimiyyətdən, o cümlədən İran xalqına və iqtisadiyyatına vurulmuş ziyanın məsuliyyəti keçəcək.

Ağ Evdə kimin olmasına baxmayaraq, onlar (ABŞ hökuməti - red.) zərəri kompensasiya etməli, beynəlxalq razılaşmalara qayıtmalı olacaqlar", - deyə C.Zərif bildirib.