Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb


Digərləri 07 İyl 2020 10:54:00 150 0

Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb

Sabirabad rayonunda gənc oğlanı elektrik enerjisi vurub öldürüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Paşazadə Kamran Vidadi oğlunu su nasosunu nizamlayarkən elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Son.az