Bakıda yayılan qoxunun səbəbi açıqlandı RƏSMİ
Digərləri 06 İyl 2020 23:39:00 193 0
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.
Son.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.
Mənbə: milli.az