Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olunur FOTO


Digərləri 06 İyl 2020 23:34:00 196 0

Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olunur  FOTO

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Son.az Trend-ə istinadən bildirir ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən "Dost qapısı" kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2000 manat, digərləri 200 manat cərimə olunublar.