Almaniya şirkəti Azərbaycana koronavirus testləri ixrac etmək niyyətindədir


Digərləri 06 İyl 2020 22:06:00 175 0

Almaniya şirkəti Azərbaycana koronavirus testləri ixrac etmək niyyətindədir

Almaniya şirkəti Azərbaycana koronavirusun müəyyənləşdirilməsi üçün testlər ixrac etmək niyyətindədir.

Son.az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) APA-ya verilən məlumata görə, Almaniyanın "BİOTYPE Gmbh" müəssisəsi tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyasının müəyyən olunması üçün istehsal etdiyi testlərin satışı ilə əlaqədar əməkdaşlıq təklifi daxil olub.

Sahibkarlar müəssisə barədə ətraflı məlumat əldə etmək üçün Fonda müraciət edə bilərlər.