Lukaşenko müsahibə verməyə ayaqqabısız gəldi VİDEO


Dünya 06 İyl 2020 21:40:00 173 0

Lukaşenko müsahibə verməyə ayaqqabısız gəldi  VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə müsahibə verməyə ayaqqabısız gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq kadrlar "Lukaşenko ilə işləyən jurnalistlər" sənədli filmində nümayiş etdirilib.

Müsahibə üçün liftdən çıxan A.Lukaşenko xadimələrin işinə hörmət olaraq ayaqqabısız çıxdığını deyib.

Həm prezident, həm də jurnalistlər bütün müsahibə boyunca ayaqqabısız olub.