Moskvada koronavirusun ikinci dalğası olacaq?


Dünya 06 İyl 2020 13:04:00 128 0

Moskvada koronavirusun ikinci dalğası olacaq?

"Moskvada koronavirusun ikinci dalğası mümkün deyil".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu "İzvestiya"ya müsahibəsində rusiyalı virusoloq Pavel Volçkov söyləyib.

Rəsmi məlumata görə, Moskvada müayinə olunan vətəndaşların 20 faizində anticisimlər aşkarlanıb. Bununla birlikdə, yeni məlumatlara görə, populyasiyada T-hüceyrə immuniteti olan insanlar IgG anticisimləri olanlarla müqayisədə, 2-3 dəfə çoxdur.

Beləliklə, Rusiya paytaxtı sakinlərinin 40-60 faizində koronavirusa qarşı immunitetin yarandığını güman etmək olar.

Virusoloqun proqnoza görə, paytaxtda yoluxmuş insanların gündəlik artımı azalmağa başlayacaq və avqustun sonunda sıfıra yaxınlaşacaq. Bu müddətdə moskvalıların 80-90 faizində immunitet yaranacaq.