"Dolanmaq üçün artıq borca girmişəm"


Şou-biznes 06 İyl 2020 12:11:00 202 0

"Dolanmaq üçün artıq borca girmişəm"

"Toylarınız yoxdur da. Bəs qazanc, gəlir haradandır?"

Son.az xəbər verir ki, bu sualı Zaur Baxşəliyev verilişində qonaq olan aşıq Samirəyə ünvanlayıb.

Aşıq Samirə "Mən İncəsənət Universitetindən müəllim kimi maaş alıram və "Əməkdar" adıma, dosentliyimə görə bir az artıq maaş alıram" deyib. 

Aşıq xanımın sözlərinə Zaur "Yox, o səni qane eləməz axı" ifadəsi ilə reaksiya verib. Əməkdar incənət xadimi aparıcının ifadəsinə efirdə etirafı ilə diqqət çəkib:

"Düzdür, indi bir az borca girmişəm. Nə qədər borca girdiyimi demərəm amma. Dolanışıq üçün borc götürmüşəm. Elə də külli miqdarda borca girməmişəm. Çünki iki uşaqdı, bir özüməm. Gəliş yox, gediş yox. Xırda uşaqlardı, yeyirlər. Elə də yeyimcil ailə deyilik. Xərcləməyə yer də yoxdur. 800 manata yaxın maaş alıram. Paltar almıram, mahnı yazdırmıram, studiyalar işləmir. Əsas xərcim geyimə gedirdi, bir də mahnı yazdırmağa, benzinə". 

Məhəmməd Vaqif Son.az