Bakıda 5 yaşlı uşaq 5ci mərtəbədən yıxıldı


Digərləri 06 İyl 2020 09:54:00 169 0

Bakıda 5 yaşlı uşaq 5ci mərtəbədən yıxıldı

Bakıda azyaşlı ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

Həmin küçədəki binalardan birinin 5-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə beyin travması alan uşaq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.