Dişləri ağardan QİDALAR: Ev şəraitində...


Digərləri 05 İyl 2020 23:15:00 183 0

Dişləri ağardan QİDALAR: Ev şəraitində...

Təbii yolla ev şəraitində dişlərin ağardılması mümkündür.

Son.az dişləri ağardan meyvələr və qidaları təqdim edir:

Çiyələk

Gözəl dadı və qoxusu ilə tanınan bu meyvə dişlərin üzərində ləkələrin yaranmasının qarşısını alır. Ancaq çiyələyin tərkibindəki turşu və şəkər diş minasına zərər verə bilər. Bu səbəbdən də yedikdən sonra su içmək və ya ağzı yaxalamaq məsləhətdir.

Portağal

Bu meyvənin qabığının içindən təbii diş məcunu əldə edilir. Həftədə bir neçə dəfə tətbiq edilməsi fayda verər.

Alma sirkəsi və limon suyu

Dişlərin ağardılmasında faydalı olan bu təbii məhsullar tez-tez istifadə olunduqda diş minasına zərər verərək çürüklərin yaranmasının sürətləndirə bilər. Bu səbəbdən də diqqətli şəkildə istifadə olunmalıdır. Ən sağlam ağardıcı məhsullar isə lifli məhsullardır. Dişləri ləkə əmələ gətirən bakteriyalardan təmizləyərək ağız və diş sağlamlığında əhəmiyyətli rol oynayır. Bunlar alma, kök, gül kələm və armud hesab olunur.

Süd

Çənə sümüklərini gücləndirib diş əti xəstəliyindən qoruyur. Kalsium baxımından çox əhəmiyyətlidir.

Qızılbalıq (somon balığı)

Uşaqlarda dişlərin inkişafına çox yardımçı olan bu qida D vitamini və kalsiumla zəngindir.

Portağal və sitrus bitkiləri

C vitamini ilə bol olan bu qidalar dişin sərt təbəqəsini gücləndirir, dişləri turşulara qarşı qoruyur, diş əti iltihabının qarşısını alır, birləşdirici toxumanı gücləndirir, diş ətlərinin sağlam qalmasını təmin edir.

Çiyələk