Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı


Digərləri 05 İyl 2020 22:20:00 163 0

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Son.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 722 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 509 811 test aparılıb. Aktiv xəstə sayı 8 332 nəfərdir, onlardan 348 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.