Türkiyədə koronavirusdan sağalanların sayı 180 min nəfəri ötüb


Dünya 05 İyl 2020 21:54:00 156 0

Türkiyədə koronavirusdan sağalanların sayı 180 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 225 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 148 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 205 758 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 188 nəfər olmaqla 180 680 nəfər təşkil edir.