İki əsas faktor COVID19 xəstəliyinə SƏBƏB OLUR


Dünya 05 İyl 2020 19:25:00 158 0

İki əsas faktor COVID19 xəstəliyinə SƏBƏB OLUR

SARS-CoV-2 koronavirusunun yaratdığı COVID-19 xəstəliyinə səbəb olan iki əsas amil var.

Son.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə Bonn Universitetinin Tibb Fakültəsinin Virusologiya və İİV Tədqiqatlar İnstitutunun direktoru, aparıcı almaniyalı virusoloqlardan biri, professor Hendrik Ştrik (Hendrik Streeck) bildirib.

"Tənəffüs virusları və ya infeksiyaya kömək edən koronaviruslar üçün xüsusi olan iki amil var: yaxınlıq və zaman. Əgər yoluxmuş şəxsin yanında çox vaxt keçirsəniz, çox güman ki, yoluxma baş verəcək. Yoluxma təhlükəsi əlavə olaraq qapalı yerlərdə artır, çünki külək və günəşin olmaması virusun damcılarının havada daha yaxşı qalması deməkdir", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, qoruyucu maskalar koronavirus pandemiyası zamanı effektivdir, yoluxma riskini azalda bilər, lakin onları düzgün geyinmək lazımdır. Əgər maska səhv istifadə edilirsə, əgər onu bir neçə həftə yumadan geyinirlərsə, ona daim toxunurlarsa, onda o bakteriyalar və göbələklər üçün münbit mühitə çevrilir ki, bu da yeni ağırlaşmalara səbəb ola bilər.

"Dezinfeksiya isə ikinci dərəcəli rol oynayır, çünki SARS-CoV-2 təmas yox, hava-damcı infeksiyasıdır. Lakin, kimsə əlinin içinə asqırır və ya öskürürsə və sonra qapını açırsa, sizin dəstəyə sonra isə selikli qişalara toxunmanız yoluxmanıza səbəb ola bilər. Lakin bu, virusun ötürülməsinin əsas marşrutu deyil", - ekspert hesab edir.