Eyni kişidən üç gün fərqlə uşaq dünyaya gətirdilər FOTO


Digərləri 05 İyl 2020 17:04:00 157 0

Eyni kişidən üç gün fərqlə uşaq dünyaya gətirdilər  FOTO

Bir yerdə yaşayan iki qadın üç gün fərqlə eyni kişidən uşaq dünyaya gətiriblər.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.

32 yaşlı Karina Rinkon və 31 yaşlı Kelli Meza uşaq sahibi olmaq istəyiblər. Ancaq reproduktiv mərkəzlərin xidmətindən yararlanmaq üçün pulları olmayıb. Onlar süni yolla mayalanmanı ev şəraitində həyata keçirmək qərarına gəliblər: sosial şəbəkə vasitəsilə donor tapırlar. Bir gün Rinkon, ertəsi gün isə Meza proseduru həyata keçirib. Gözlənilmədən hər ikisinin hamilə qaldığı məlum olub.

Nəticədə, üç gün fərqlə onların uşaqları anadan olub: Leo və Sofi.