Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb


Dünya 05 İyl 2020 15:24:00 158 0

Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb

Ermənistanın Gümri şəhərində Rusiya hərbçisinin meyiti tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatına görə, Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının 20 yaşlı hərbçisinin meyiti kirayə yaşadığı mənzildə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın 102 saylı hərbi bazası 1995-ci ildə imzalanmış müqaviləyə əsasən Ermənistanın Gümri şəhərində yerləşir. 2010-cu ildə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb.