Hindistanda fəlakət:


Dünya 05 İyl 2020 09:51:00 165 0

Hindistanda fəlakət:

Hindistanda Uttar Pradeş ştatının ən az 23 sakini şimşək çaxması nəticəsində həlak olub, 29 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "NDTV" telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Kanalın verdiyi məlumata görə, Allahabadda 8 nəfər, Mirzapur və Bhadokhi şəhərlərində altı nəfər, Kausambidə daha iki nəfər və Jaunpurda bir nəfər fəlakət qurbanı oldu.

Yerli hakimiyyət orqanları zərərçəkənlərin yaxınlarına kompensasiya ödəyəcəklərini vəd edib.