Plastik arakəsmə sevgilərinə mane ola bilmədi


Dünya 05 İyl 2020 09:21:00 160 0

Plastik arakəsmə sevgilərinə mane ola bilmədi

Koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən olan İspaniyanın Barselona şəhərindəki  qocalar evində çəkilmiş fotolar dünya mediasının gündəminə çevrilib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 102 günlük karantindən sonra 84 yaşlı Paskal Perezlə 81 yaşlı xanımı Aqustina Kanamero yenidən qovuşublar. 3 aydan çoxdur ki, bir birindən ayrı qalan cütlük sellofan arakəsməyə baxmayaraq bir-birinə sarılıb. 59 ildir evli olan Paskalla Aqustina indiyədək bu qədər uzun müddət bir-birindən ayrı qalmayıb.

61 yaşlı Dolores Reyes isə 4 ay ayrı qaldığı 87 yaşlı atası Joze Reyeslə qovuşub.